
Xəbərlər>Dünya>Güney Azərbaycan ayağa qalxıb

22.05.2008 15:37:21
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi Güney Azərbaycanda 2006-cı il mayında 22-də baş verən hadisələrlə bağlı elmi-nəzəri konfrans keçirilib. Həmin gün şəhid olmuş Güney azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. DAK-ın Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayev bildirib ki, Güney Azərbaycan yenidən ayağa qalxıb: «Artıq bü gundən etibarən İranın müxtəlif ərazilərində və Güney Azərbaycanın bütün şəhərlərində etiraz aksiyalarına başlanılıb».
Onun sözlərinə görə, həmin gün etiraz aksiyasına çıxan güneylilərə qarşı İran hökuməti tərəfindən aparılan bu amansızdıqlara rəsmi Azərbaycan və azərbaycanlılar öz münasibətlərrini bildirməlidirlər.
Tədbirdə millət vəkilləri Gülər Əhmədova, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı, həmçinin insan hüquqları üzrə qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər. Qərara alınıb ki, mayın 22-i Güney Azərbaycanın hüquqlarının qorunması günü elan edilsin.
Səhifə başlığı
Dünya
Xəbərlər
Əsas Səhifə
Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.