wap.azerxeber.com

Xəbərlər>Siyasət>Güneydə qan töküldü


22.05.2008 12:37:15

Təbrizdə, Ərdəbildə, Urmiyada, Qoşatayda, Xoyda və bir çox şəhərlərdə aksiyalar davam edir.
Xatırladaq ki, 2006-cı ildə İran qəzetlərində Güney Azərbaycandakı soydaşlarımızı və ümumiyyətlə, türkləri təhqir edən karikaturalara etiraz olaraq böyük aksiyalar keçirilmişdi. 22 may tarixi həmin aksiyaların il dönümüdür.
Bu ilki aksiyalara da İran rejimi öncədən hazırlıqlar görümüş, bir çox fəalları öncədən həbs etmişdi. Bununla belə Güneyin bir çox iri şəhərlərində aksiyalar baş tutub. Dünəndən Qoşatayda vəziyyət gərginləşib. Bu gün isə Xoyda keçirilən aksiyalar zamanı İran təhlükəsizlik qüvvələri və polisi ilə hərəkatçılar arasında toqquşmalar baş verib. Toqquşmalar zamanı polis odlu silahdan atəş açıb. Hərakatçılardan biri aldığı güllə yarasından yerindəcə həlak olub. Çoxlu yaralanan və həbs olunanların olduğu bildirilir.
Hazırda Güneylə internet əlaqələri kəsildiyindən baş verənlərlə bağlı ətraflı məlumat əldə etmək çətinləşib.

Səhifə başlığı
Siyasət
Xəbərlər
Əsas


Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.