wap.azerxeber.com

Xəbərlər>Dünya>Ölənlərin sayı durmadan artır


22.05.2008 11:19:04

Bu arada zəlzələnin episentrinin qeydə alındığı Çinin Siçuan əyalətində olimpiya məşəlinin estafeti təxirə salınıb. Olimpiya Komitəsi iyun ayının ortalarında keçirilməsi planlaşdırılan estafetin avqust ayının 3-5 –i tarixlərində keçiriləcəyini bəyan edib. Hökumətin son rəsmi açıqlamasına görə, ölən və itkin düşənlərin sayı artaraq 74 minə çatıb. Təkcə ölənlərin sayı 41 mini keçib. Xilasetmə işlərininsə çox yavaş getdiyi bildirilir. Hökumət ölənlərin sayının 50 minə çatacağından narahatdır. Çinə kömək məqsədilə bu gün Tacikistan hökuməti 100 min ABŞ dolları dəyərində yardım göndərib. Bu arada Çinin cənub–qərbində yerləşən Beyçuan rayonunda daşqın təhlükəsi yaranıb. Yaxınlıqdakı çayın istənilən an məcrasından çıxa biləcəyi bildirilir. Yerli sakinlər artıq ərazidən evakuasya olunub. Çinlilərin zəlzələdən sonra «Qarabasma « adlandırdığı rayonda zəlzələdən əvvəl təxminən 20 min insan yaşayıb. Təbii fəlakət zamanı onların 60 faizi itkin düşüb. Evlərin 70 faizindən çoxu dağılıb. Bu arada Çinin xüsusi xidmət orqanları Qansu rayonunda yeni zəlzələ baş verməsi barədə yalan informasiya yaydıqlarına və əhalini təşvişə saldıqlarına görə, iki telefon xuliqanının həbs edib. Bu arada Çinin rəsmi xəbər agentliyi «Sinxua» pandaların yaşadığı tədqiqat mərkəzinin zəlzələ zamanı dağıldığıdan onların başqa yerə evakuasiya olunduğunu bildirib. Zəlzələnin baş verdiyi gündən iki panda itkin düşüb, 5 panda ölüb və 32 pandanın sığınacağı dağılıb.

Səhifə başlığı
Dünya
Xəbərlər
Əsas Səhifə


Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.