
Xəbərlər>Gündəlik>Ordumuzun mövqeləri atəşə tutulub
23.05.2008 12:57:41
Ermənistan silahlı qüvvələri mayın 22-si səhər saatlarından başlayaraq bu gün səhərə qədər atəşkəs rejimini pozub. Erməni ordusu Ermənistanın Berd rayonunun Çinari və Mosesqex kəndləri, Noyembryan rayonunun adsız yüksəklikləri və Berdavan kəndindəki mövqelərindən Azərbaycan Ordusunun Tovuzun Ağdam və Qazağın adsız yüksəkliklərində, Quşçu Ayrım və Kəmərli kəndləri yaxınlığında yerləşən mövqelərini, həmçinin Goranboyun Tapqaraqoyunlu və Borsunlu kəndləri, Xocavəndin Kuropatkino kəndi, Füzulinin Aşağı Əbdülrəhmanlı kəndi, Tərtərin Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşilə susdurulb, itki yoxdur.
Səhifə başlığı
Gündəlik
Xəbərlər
Əsas
Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.