wap.azerxeber.com

Xəbərlər>Siyasət>Semnebi Azərbaycana səfər edəcək


22.05.2008 17:52:13

Bu barədə açıqlama verən Piter Semnebi səfər zamanı ölkədə seçkiqabağı vəziyyətlə yaxından tanış olmaq istədiyini bildirib: “Azərbaycanda prezident seçkilərinin necə keçiriləcəyi barədə indidən fikir söyləmək çətindir. Amma ümid edirik ki, hər şey yaxşı olacaq”. Piter Semnebi həmçinin Milli Məclisdə Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirəsi ilə də maraqlanacağını bildirib. Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi bildirib ki, Dağlıq Qarabağa səfər etməyi planlaşdırsa da, səfərin tarixini hələ də müəyyənləşdirməyib.

Səhifə başlığı
Siyasət
Xəbərlər
Əsas Səhifə


Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.