
Xəbərlər>Siyasət>Q.Paşayeva seçkiləri müşahidə edib

22.05.2008 17:54:14
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun müşahidə missiyasının tərkibində Gürcüstanda keçirilən parlament seçkilərini izləyib. Tbilisidə və azərbaycanlılar yaşayan rayonlarda səsvermənin gedişini müşahidə edən Q. Paşayevanın APA-ya verdiyi məlumata görə, macarıstanlı deputat Matiaş Erşinin rəhbərlik etdiyi 20 nəfərdən ibarət AŞ PA missiyası qruplara bölünərək müxtəlif regionlarda müşahidə aparıblar. Azərbaycanlı deputatın daxil olduğu 5 nəfərlik qrupda AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel olub. Mayın 22-də onlar seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcəklər.
Səhifə başlığı
Siyasət
Xəbərlər
Əsas
Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.