
Xəbərlər>Dünya>Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub
23.05.2008 14:32:29
ABŞ-ın Kolorado ştatının şimalından keçən tornado bir neçə şəhərə ciddi ziyan vurub. Onlarla evin dağıldığı, maşınların aşdığı və ən azı bir nəfərin həlak olduğu bildirilir.
Hazırda fövqəladə hallar xidmətinin əməkdaşları zərərçəkənlərin dəqiq sayını müəyyənləşdirməyə çalışırlar. Azı 7 nəfərin xəstəxanaya yerləşdirildiyi təsdiqlənib. Onların səhhəti barədə hər hansı açıqlama verilməyib. Metereologiya xidmətinin məlumata görə, tornado Denverdən 50 mil şimalda yeləşən Platevil yaxınlığında yerə toxunub. Bundan sonra qasırğa bir saat ərzində şimala doğru hərəkət edərək bir neçə şəhərdən keçib.
Tornado 16 min sakini olan Vindzor şəhərinə daha çox ziyan vurub. Burada təbii fəlakət nəticəsində evlərin damları uçub, işıq dirəkləri də aşıb. Artıq ərazidə təmizlik işlərinə başlanıldığı bildirilir.
Səhifə başlığı
Dünya
Xəbərlər
Əsas Səhifə
Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.